Ermənilər bu alçaqlığı da etdi - Müdafiə Nazirliyimiz açıqladı-FOTO
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.
Bu barədə Azia.Az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz", - Nazirlikdən bildirilib.