azia.az
azia.az

Azərbaycanda yeni model “Peugeot” istehsal olunacaq

3-05-2019, 08:17

Azərbaycanda yeni model “Peugeot” istehsal olunacaq
Yaxın aylarda Neftçala sənaye məhəlləsində “Peugeot 207” avtomobil modellərinin istehsalı başlayacaq. Bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib. Onun sözlərinə görə, istehsal bu ilin yayında başlayacaq:“Avtomat ötürücülər qutusu ilə təchiz edilən avtomobilin qiyməti 17 500 manat təşkil edəcək. Hazırda biz Fransa tərəfi ilə danışıqlar aparırıq və bəzi detalları müzakirə edirik. İstehsala iyul ayının ilk günlərində başlamağı planlaşdırırıq”.O qeyd edib ki, fevral ayından başlayaraq Neftçala sənaye məhəlləsində “Peugeot 407” modellərinin yığılmasına start verilib və istehsal olunan avtomobillər daxili bazarda 17 500 manatdan satışa çıxarılıb.Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.
2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi