azia.az
azia.az

Türkiyə prezidenti: “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir” – VİDEO

22-11-2017, 14:39

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.

BAKU.WS-in məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb.

Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir”. Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi