azia.az
azia.az

Sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmləri ilə bizneslərini inkişaf etdirirlər

Bu gün, 20:05

Sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmləri ilə bizneslərini inkişaf etdirirlər

İqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var.  Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləriölkədə biznes mühitinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. Xüsusilə güzəştli kredit mexanizmi sahibkarların bizneslərini böyütmək üçün müraciət etdiyi əsas maliyyə mexanizmlərindən biridir. 2024-cü ildə bu mexanizmdən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. 

 

Güzəştli kredit vəsaitlərindən yararlanan sahibkarlıq subyektlərinin sayında artım

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (Fond) tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7% artaraq 5722-yə çatıb. Verilmiş kredit məbləği isə 28% artaraq 248,1 milyon manat təşkil edib.

 


 

İqtisadiyyatın prioritet sahələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi

Azia.az bloquna bildirilib ki, fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə2024-cü il üzrəsənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura(o cümlədən, akvaponika), yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1%-i sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1%-i xidmət,2,1%-i turizm və 0,4%-i isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib. 

 


 

Mikro, kiçik və orta bizneslərin dəstəklənməsi 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. 2024-cü ildə Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4%-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

 


Regionlarda sahibkarlıq subyektlərinin dəstəklənməsi

Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir.2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Belə ki, ötən il Fondtərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7%-i, verilmiş güzəştli kredit məbləğinin isə 72%-i regionların payına düşüb. 

 


 

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinin dəstəklənməsi 

Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb.Belə ki, fevral ayından etibarən“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb.Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılırvə kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.2024-cü ildə bu ərazilərdə  sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat  dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib.Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatısahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyətgöstərərək iqtisadiyyata töhfə verirlər. 

  

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemisahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektroninformasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər. 

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzindəbu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.

Sahibkarlıq subyektlərinin maarifləndirilməsi və təşviqi

Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində maarifləndirmə işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlərdə dövlətin güzəştli maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Qurum eyni zamanda, dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən 10-a yaxın sərgi və konfransda iştirak edib. 

Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 311 layihəyə66 milyon manatayaxın kredit verilib.

Beləliklə, 2024-cü il ərzində ölkə iqtisadiyyatının prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edən bizneslərin inkişafı dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənib. 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi