Naxçıvanda fəaliyyət göstərən bizneslər maliyyələşdirilir
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkar SİF-in güzəştli kreditlərindən yararlanıb.
2023-cü ildə 27 sahibkar Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb. Belə ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış layihələr muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, logistika, ictimai iaşə və akvakultura kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə biznes fəaliyyətlərini həyata keçirəcək. Layihələrin icrası nəticəsində 86 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən Naxçıvanda fəaliyyət göstərən sahibkarlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlana bilir.