Kapital Bankda fiksiya və ya Mərkəzi Bank sədrinin imzaladığı qaydalarda BİABIRÇILIQ
Yəni, görünür ki, qurum mövcud bürokratik prosesi sadələşdrimədən elektrona çevirdiyindən, oflayn mühitdə nə tələb olunursa, elə onu da onlaynda tələb edirlər. Yəni, daha pis mühit, elektron – bürokratik mühit yaradıblar. Amma prosesi bitirmək üçün razılaşdım. Görünür, bankda İT güclüdür, amma biznes analitika, data analitika zəifdir.
2.Onlayn hesab üçün yenidən oflayn addım atdım, sənədləri notarial təsdiqlədim, yenidən Kapital Bank sisteminə yuklədim. Yenə rədd cavabı gəldi. Bu dəfə də poçt indeksini faktiki olanı deyil, VÖEN-də olanı yazmağı tələb etdilər. Məntiqsiz olsa da, yenə də razılaşdım.
3.Yenidən yüklədim və düzəliş etdim. Bu dəfə isə heyrətləndirici olsa da, AĞLASIĞMAZ bir tələblə üzləşdim, sənədlərin surətini Banka gətirməyimi tələb etdilər. Bir neçə dəfə soruşdum və dirəşdim ki, buna əminsinizmi, doğurdanmı xidmətin adı onalyn da olsa, mən yenidən sənədləri banka gətirməliyəm? Dedilər ki, Mərkəzi Bankın yeni Qaydaları var və bizdən belə tələb edilir. İnanmadım, dirəşdim ki, mən bunu ictimailəşdirəcəyəm. Dedilər ki, qaydalar belədir.
Mənə göndərdikləri video müsahibə linkini də aktivləşdirmədilər ki, ilk öncə kağız sənədlər banka verilməlidir.
İzah edə bilmədim ki, əgər banka gedirəmsə, elə orada hesab aça bilərdim.
Maraqlıdır ki, kağız formada sənədlərin göndərilməsi ilə bağlı tələbi mənə email ilə göndərməkdən də imtina etdilər. Şübhələnmək üçün əsaslarım yarandı ki, bəlkə də heç belə qaydalar yoxdur.
4.Mərkəzi Bankın sədri Taleh Kazımov və elektron hökumət quruculuğuna cavabdeh olan İRİA-nın rəhbəri İnarə Vəliyeva, Banklar Assosiasiyasının rəsmiləri!
Məlumatınız olsun ki, rəqəmsal bankçılıq, elektron xidmətlər, onlayn hesab xidmətləri ən azı ölkənin əsas bankı -Kapital Bank üçün əslində, fiksiyadır.
Amma dərhal qeyd edim ki, xeyli öncə mən Paşa Bankda onlayn hesab aça bilmişdim.
Görünür, Mərkəzi Bank rəhbərliyinin təşəbbüsü ilə hətta son dövrlərdə qanunverici mühit təkmilləşsə də, real vəziyyət geriyə doğru gedib.
Çox təəssüfləndirici bir vəziyyətdir.
İndi mən adı çəkilən hörmətli qərar qəbul edənlərimizdən soruşuram:
Kapital Bankın hansısa filialına yaxınlaşıb, onlayn göndərdiyim sənədlərin surətlərini də kağız formada təqdim etməliyəm?
Osman Gündüz