azia.az
azia.az

"...Nəticədə büdcəyə yükə, məmurlar üçün isə yağlı tikəyə çevrilir”- Natiq Cəfərli

23-07-2023, 08:34

“Bizim hökumət eyni səhvləri 50 dəfə təkrar etməkdən yorulmur. Artıq hamıya aydındır ki, dövlət birbaşa iqtisadiyyatda iştirak edəndə, istehsalla, xidmətlə birbaşa məşğul olmağa çalışanda bu effekt vermir, korrupsiyaya yol açır, rentabelli olmur, nəticədə büdcəyə yükə, məmurlar üçün isə yağlı tikəyə çevrilir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Sonra problemlər yaranır, yük büdcənin – yəni, vətəndaşın çiyniyə düşür, çünki büdcədən xərclənən hər manat vətəndaşın puludur. Ölkədə istehsal sahələri mütləq yaranmalıdır, amma bunu biznes, özəl sektor, daxili-xarici investorlar etməlidirlər. Dövlət isə ədalətli hakim, təşviqedici institut rolunda çıxış etməyi öyrənməli, düzgün vergi-gömrük siyasəti yürütməyi, güzəştli kredit alətləri ilə pozitiv müdaxilə etməyi bacarmalıdır. İndi də adi corab istehsalı üçün “AzərCorab” adlı müəssisəyə dövlət dəstəyi verməklə ən primitiv istehsal olan corab istehsalını dəstəkləmək istəyirlər. Bu gedişlə sabah “AzərTuman”, “AzərTava”, “AzərŞalvar”, “AzərMismar” da yaradarlar və hamısının aqibəti “AzərXalça” kimi olacaq. Dövlətə milyonlarla manatlıq ziyan dəyəcək, rəhbər məmurların isə (onlar biznesmen deyil, məhz məmurdurlar) vilları, maşınları, xaricdə obyektləri olacaq”, – deyə N. Cəfərli qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi