azia.az
azia.az

Uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi keçirilib

21-07-2023, 18:07


 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbininuşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib. 

Uşaqlar üçün təşkil olunannahardan sonra ümummilli lider Heydər Əliyevlə bağlı təqdimat nümayiş etdirilib.Təqdimatdan sonra viktorina keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları düzgün cavablandıran 5 şagirdə hədiyyələr təqdim olunub.Tədbir çərçivəsində uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi də təşkil edilib. Müsabiqə zamanı Heydər Əliyev Mərkəzinin şəkli əks olunmuş lövhəni ən tez tamamlayan 15 nəfərə hədiyyələr verilib. 

Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri, təmsil etdikləri məktəbə isə ümummilli lider Heydər Əliyev haqqında kitab təqdimolunub.

 

Tədbir barədə şəkilləri buradan yükləyə bilərsiniz:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi