Şəkidə sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilib
Tədbirdə istehlakçı hüquqlarının qorunması sahəsindəsahibkarların hüquq və vəzifələri diqqətə çatdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti beləgörüş Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.
Görüşdə sahibkarlara istehlak bazarında nəzarət sahələri və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.Bundan əlavə, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.
Şəkiyə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 13 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Şəki, Zaqatala, Qax, Balakən) yeni inzibati binasıistifadəyə verilib. Şəki şəhəri, M.Ə.Rəsulzadəprospekti 156 ünvanında yerləşən yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Şəki regional bölməsi, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Şəki-Zaqatala regional bölməsi və Azərbaycan Metrologiya İnstitutunun Şimal-Qərb Regional Ərazi İdarəsi də fəaliyyət göstərəcək.