Bakıda və Qəbələdə eyni gündə fantastik qiymətə iki lüks villa satışa çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Qəbələ rayonunda 12 milyon manata satışa çıxarılan villa 11 otaqlıdır və sahəsi 1800 kv.m-dir. Tikili rayonun ən mənzərəli yerində yerləşən "Chenot Palace Health Wellness Hotel” yaxınlığındakı 500 sot torpaq sahəsində salınıb.
Villanın eksklüziv dizayner mebelləri, lampaları mövcuddur. Həyətində meyvə və dekorativ ağaclardan ibarət gözəl, baxımlı bağı var.
Eyni gündə Bakının Səbail rayonunda villa satışa çıxarılıb. Qiyməti 20 milyon manat olan tikili 25 sot torpaq sahəsində inşa olunub və 3 mərtəbəlidir.
Villa 14 otaqdan ibarətdir və 1500 kv.m sahəsi var. Əmlak şəhərin ən prestijli və ekoloji cəhətdən təmiz ərazilərindən biri sayılan Badamdarda yerləşir.
Elanda qeyd edilir ki, fərdi arxitektur layihə əsasında inşa edilən, estetik cəhətdən cəlbedici bu möhtəşəm villa "problemsiz və qayğısız 4 fəsil həyatı" arzusunu reallığa çevirir.
Maraqlısı odur ki, eyni gündə satışa çıxarılan hər iki villanın əmlak agenti Feyni şəxsdir. Bu da hər iki villanın eyni şəxsin olma ehtimalını gücləndirir.