azia.az
azia.az

"Tarqovı"da Azərbaycan mətbəxinə aid restoran yoxdur

24-10-2022, 13:11


"Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov bildirib.

O.Sadıqov qeyd edib ki, müştərək yol xəritəsi ilə Azərbaycan milli irsinin xəritəsinin təbliğatı, qorunması mexanizmlərini dəqiq işlənib gündəmə gətirməlidirlər:

"Bu mexanizmlər dəqiq işlənərsə, işi peşəkarcasına icra edərlərsə, proses uğurla və daha çevik həyata keçiriləcək. Artıq Bakıda "Tarqovı" kimi tanınan Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur. İşğaldan azad edilən ərazilərin əsas küçələrində milli mətbəxi təmsil edəcək kafe və restoranlar olmalıdır".

"Milli Kulinariya Mərkəzinin funksiyası elmi metodoloji bazanın təkmilləşdirilməsi, 30 ildən sonra Azərbaycanda tədris ediləcək ədəbiyyatı formalaşdırmaq, sifarişini vermək, kulinariyanı elm olaraq təsdiq etmək və onun qeyd olunan gününü müəyyənləşdirməkdir. Eyni zamanda, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Dövlət Turizm Agentliyi vasitəsilə Nazirlər Kabinetinə də müraciət etmək və cəmiyyəti buna baxış istiqamətini dəyişib, bu yönə yönəltmək, Azərbaycan Milli Kulinariya Mərkəzini yeniliklərin reyestri elm mərkəzinə, bazaya çevrilməsi əsas prioritetdir", - deyə Orxan Sadıqov vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi