azia.az
azia.az

"Araz" marketdən insanları aldadan saxta endirimlə bağlı AÇIQLAMA

7-07-2022, 14:23

"Araz" marketdən insanları aldadan saxta endirimlə bağlı AÇIQLAMA
“Araz” supermarketlər şəbəkəsi ötəngünkü "endirim"lə bağlı açıqlama yayıb.

Azia.az həmin açıqlamanı təqdim edir:



Təqvim günlərinə özəl nəzərdə tutulan endirimlərlə yanaşı hər həftə tətbiq olunan “Həftəsonu”, “Əla qiymətlər” kimi mütəmadi kampaniyalar çərçivəsində bir çox məhsula endirim edilir.



4.05.2022-ci il tarixində mətbuatda yayımlanan “Докторская традиционная” kolbasa məhsulu ilə bağlı vəziyyətin yaranması (endirimin real olmaması xəbəri) bizi çox təəssüfləndirdi.



Mövzunu araşdırdıq və bəlli oldu ki, tədarükçü şirkət tərəfindən iyun ayında tətbiq olunacaq endirim kampaniyasına dair sənədlərdə “Останкино” əmtəə nişanı ilə istehsal olunan “Докторская традиционная” 500 qramlıq kolbasa məhsulunun adı tədarükçü şirkətin əməkdaşı tərəfindən səhvən siyahıya daxil edilib.



Beləliklə, rəfdə yanlış endirimli qiymət göstərilib.



Diqqətsizlik səbəbindən baş vermiş hadisəyə görə tərəfimizdən tədarükçü şirkətə irad bildirildi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün lazımı tədbirlərin görülməsi istənildi.



“Araz” supermarketlər şəbəkəsi olaraq yaşanan narahatlığa görə müştərilərimizdən üzr istəyir və onları mütəmadi tətbiq edilən endirim kampaniyalarımızdan yararlanmağa dəvət edirik.



İstehlakçılara daha yaxşı xidmət göstərə bilmək məqsədi ilə bu kimi hallarla bağlı (012) 404-12-36 əlaqə nömərsi, 924 qaynar xəttimiz, [email protected] e-mail ünvanından və ya sosial şəbəkə hesablarımızdan məlumat verilməsini xahiş edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi