Marketdə "ŞOK ENDİRİM" - Belə aldadılırıq - VİDEO
Bakıda marketlərin birində endirim adı altında vətəndaşlar aldadılıb.
Azia.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə endirimlə 7.99 AZN-ə təklif olunan məhsulun köhnə qiymətinin elə həmin olması üzə çıxıb. Halbuki marketdə həmin məhsul 8.90-dan endirimə düşdüyü kimi təqdim olunub.