azia.az
azia.az

Zinəddin Zidan: “Mən hamını xoşbəxt etməyə çalışmıram”

1-04-2019, 13:17

Zinəddin Zidan: “Mən hamını xoşbəxt etməyə çalışmıram”
“Əlbəttə ki, “Ueska” llə qarşılaşmada daha yaxşı oynaya bilərdik. Amma yenə də qələbə və tam gücümüzü qoyduğumuza görə şadam”. ONA-nın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.Fransalı mütəxəssis La Liqanın hesabat turunun “Ueska” lə görüşündəki 3:2 hesablı çətin qələbəyə şərh verib. Z.Zidan autsayderlə görüşdən sonra komandadakı durumun ağırlığını vurğulayıb: “Ueska” isə məğlubiyyətdən daha artığına layiq idi. Mən qalib gələcək ən yaxşı heyəti qurmağa çalışırdım. Beynəlxalq oyunlarla bağlı fasilədən sonra bu matçda müəyyən dəyişikliklər etmək vacib idi. İndi 13 futbolçu ilə titul qazanmaq mümkünsüzdür. Bəzi məsələləri aydınlaşdırmaq istəyirəm. Mən hamını xoşbəxt etməyə çalışmıram. Bu mövsüm heç bir titul qazanmayacağını başa düşən komandanı oyuna motivasiya etmək çətindir”. Qeyd edək ki, “Real” 29 turdan sonra 57 xalla üçüncü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi