azia.az
azia.az

Cənab Nazir görün Ağcabədi təhsilindən nə deyirlər:"Ağcabədi rayonu Kəhrizli sakini deyir: bizim kənd məktəbinin yuxarı siniflərində dərs keçmirlər."

26-11-2019, 11:53

Cənab Nazir görün Ağcabədi təhsilindən nə deyirlər:"Ağcabədi rayonu Kəhrizli sakini deyir: bizim kənd məktəbinin yuxarı siniflərində dərs keçmirlər."
Teref.az yazır ki, təhsilin bərbad vəziyyətdə olduğunu yazmışıq. Hətta bunu biz yazmasaq belə hər il Ali məktəblərə qəbul imtahanları zamanı bunun şahidi oluruq. Rayonlarda dərs keçilmədiyi haqda bir çox rayonlardan şikayətlər alırıq. Çoxlarını saytımızda işıqlandırırq.Lakin bu məsələ düzəlmir ki, düzəlmir. Görünür aşağıdan yuxarı bu məsələdə hamı maraqlıdır.Müəllimlərdən tutmuş nazirliyə qədər ki, bu qədər şikayətlər olsada bir reaksiya verilmir. Müəllimlər dərs keçmirlər ki, şagirdlər onların pullu kurslarına gəlsinlər.Bundan isə hamının xəbnəri var.Və hamıda buna göz yumur.Çünki hamıya o puldan çatır. Teref.az olaraq sosial şəbəkədə yazıçı publisist, içtimai fəal Mehriban Vəzirin statusunu təqdim edirik. Mehriban xanım ürək ağrısı ilə yazır:
Mehriban Vezir
17 мин. ·
Ağcabədi rayonu Kəhrizli sakini deyir: bizim kənd məktəbinin yuxarı siniflərində dərs keçmirlər. Hər müəllim evində bir kurs açıb, şagirdlərini məktəbdə deyil, evində ayı 25 manata hazırlaşdırır. Bəzi müəllimlər isə kursu elə məktəbdə açıblar, xidmətlərinə ayrıca sinif verilib.
Deyirəm: bəs direktor nə deyir?
Deyir: Ehh... nə direktor? Müəllim sinifdə dərs keçmir, deyir, kursa gəl. İki uşağım yuxarı sinifdə oxuyur, 5 fənn, hər fənn ayı 25 manat... gör nə edir? Yoxumdu. Nə edim? Belə məktəb olar?
Gerçəkdən, belə məktəb olar?
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi