azia.az
azia.az

326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO

6-10-2017, 11:07

326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO
Teref.info-nun poçtuna gələn şikayət mıəktubu təhsilimizdə baş verən biabırçılıqları əks etdirir. Vergülünə nöqtəsinə əl dəymədən şikayət məktubunu və fotofaktları sizə təqdim edirk:
"Mən Xəzər rayonu Binə qəsəbəsində yerləşən 326 saylı məktəbdə müəllim işləyirəm. Məktəbimiz Heydər Əliyev Fondu hesabına yenidən tikilib, direktorumuz Faiq Suvarov məktəbi öz cibindən təmir etdirdiyini indi pul yığıb ona verməyimizi tələb edir. Dərs saatlarını da pulla bölür. 300 manat verməyənə normal dərs yoxdur. Faiq Suvarov dövləti aldadır. Qardaşı Fikrət Suvarov Almaniyada siyasi mühacir statusu aldıqdan sonra Faiqin oğlu 326 saylı məktəbin 10-cu sinif şagirdi İlhamı da öz yanına aparıb. İlham Suvarovun adı 326 saylı məktəbdə gedir, özü də Almaniyada qaçqın kimi hər ay 300 avro pul alır. Faiq hər il 4-5 nəfəri pul alıb saxta sənədlərlə Almaniyaya göndərir, hələ üstəlik bizdən də rüşvət tələb edir. Bütün qohumlarını tanışlarını Almaniyaya qaçqın göndərib. Burdan Almaniyaya göndərdiyi hər kəsdən pul toplayır. Almaniyanın Nürnberq şəhərində yaşayan qardaşı isə hava limanında Azərbaycandan gələnləri qarşılayıb onlardan pul alaraq qaçqın düşərgəsinə yollayır.Xahiş edirik gəlin jurnalları yoxlayın görək Almaniyada qaçqın həyatı yaşayan İlham 326 saylı məktəbdə necə qiymət alıb, sinifdən sinfə keçib? "
Teref.info olaraq biz 326 saylə məktəbin direktoru Faiq müəllimə zəng etdik və ona qarşı irəli sürülən ittihamlarla onu tanış etdik.
Faiq müıllim məktəbin təmiri üçün heç kimdən pul yığmadığını, və müəllimlərdən dərs bölgüsü üçün pul almadığını dedi.
Oğlu və qardaşı ilə bağlı isə Faiq müəllim dedi ki, oğlu ağır xəstə olduğu üçün Almaniyada yaşayan qardaşının yanına gedib müalicə alır. Qaçqın olmaqla bağlı heç bir yerə müraciət etməyib.Qardaşı da sadəcə Almaniyay köçüb yaşayır. Faiq müəllim söhbətimizin axırında əsəbiləşərək, bizi məhkəə ilə hədələdi və telefonu söndürdü.
Yoxsa biz əlimizdə olan sənədlərlə onu tanış edəcəkdik. Əlimizdə olan sənədə əsasən Suvarov İlhama Almaniya hökuməti qaçqın sənədi verib.Qardaşı isə Almaniya qanunlarının 25/5 maddəsinə əsasən humanitar oturum alıb. Özüdə 2016-ci ildə. Yəni o da qaçqın kimi respublikadan gedib.
P.S Müraciət etdiyimiz ekspert onuda vurğuladı ki, Suvarov İlama verilən qaçqın ausvaysı (pasportu)nda görünən qırmızı xətt ondan xəbər verir ki, alman hökuməti ona status verməkdən imtina edib və ya o hansı dövlətdən Şengen zonasına keçibsə İlhamı o dövlətə qaytaracaq.
Teref.info
326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO
326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO
326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO
326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO
326 saylə məktəbin direktorunun oğlu qaçqın kimi Almaniyada ola ola 10 sinifdə oxuyur - İTTİHAM /FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi