azia.az
azia.az

Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA

29-04-2019, 08:15

Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA
Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİAEkologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağ Göl Milli Parkında baş alıb gedən qanunsuzluqlarla bağlı ölkə mətbuatı illərdir yazır. Buna baxmayaraq, qanunsuzluqlara rəvac verən direktor Loğman Mehdiyev və komandası hələdə iş başındadırLoğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA

Düzdür, arada bir dəfə yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Loğman Mehdiyevi işdən azad etməyə cəhd edib. Lakin nazirin bu cəhdi uğursuz olub. Yəni gündüz işdən çıxarılma əmri axşam geri oxunub və Loğman Mehdiyev yenə də öz "işi" ilə məşğul olmağa başlayıb.

Cəzasızlığın nəticəsidir ki, Loğman Mehdiyev və komandası yenə öz qanunsuzluqlarını davam etdirir, istədikləri formada pul qazanırılar və buna görə onlardan heç kim hesabat tələb etmir.

Daxil olan məlumata görə, hazırda İmişli rayon bazarında balıq biznesini Ağ Göl Millli Parkının inspektoru Rahim Gəncəliyev həyata keçirir. İnspektor Rahim Gəncəliyev həm də direktor Loğman Mehdiyevin "şilləvuranı", yaxud "sağ əli" kimi tanınır. Belə ki, Ağ Göl Milli Parkında bütün brokonyerlərdən "hesab" alınması işini Loğman Mehdiyev inspektoru Rahim Gəncəliyevə tapşırıb.
Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA
Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA
Məlumata görə, Rahim Gəncəliyev Ağ Göl Milli Parkında brokonyerlər tərəfindən tutulan balıqları onlardan 2-3 manatdan alaraq, İmişli bazarında özü satdırır. Mənbəmiz bildirir ki, Ekologiya müfəttişlərinin fəallığı Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevin əl-qolunu müəyyən qədər bağlayıb. Buna görə də direktor əvvəlki kimi çoxlu sayda brokonyeri Ağ Gölə buraxa bilmir. Amma Loğman Mehdiyev bu problemə yeni "çözüm" tapıb. Belə ki, gündəlik Ağ Göl Milli Parkına 7-8 brokonyer girir və onlar tutduqları balıqları Loğman Mehdiyevin adamlarına satırlar. Ucuz qiymətə brokonyerlərdən alınan balıqlar bazarlarda xeyli baha qiymətə satılır.

Məlumata görə, İmişli bazarına Rahim Gəncəliyev tərəfindən gündəlik 200-250 kq balıq satışa çıxardılır və qiymət 10-13 manat arasında dəyişir.
Loğman Mehdiyevlə inspektor Rahim Gəncəliyevin Ağ Göl Milli Parkındakı balıq biznesi - İDDİA

Loğman Mehdiyevin digər bir yaxın adamı isə Ağcabədi və Bərdə rayonlarını balıqla təmin edir ki, bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. AzFakt.com
Qarşı tərəfin mövqeyni verməyə hazırıq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi