"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
"Aqrar Sığorta" ASC cari ilin yanvar-may aylarında 13 milyon 383 min manat sığorta haqqı toplayıb, 359 min manat sığorta ödənişi həyata keçirib.
Hesablamalara əsasən, may ayının sonuna şirkətin topladığı hər 100 manat sığorta haqqına 2,68 manat ödəniş düşüb.
Valyuta.az sözügedən sığorta şirkətinin aşağıdakı cədvəldə ilin əvvəlindən hər dövr üzrə toplanan hər 100 manat sığorta haqqına düşən ödəniş məbləğini təqdim edir.
| Dövr | Yığım | Ödəniş | Hər 100 manat yığıma düşən ödəniş |
|---|---|---|---|
| Yanvar | 8 949 | 76 | 0,85 manat |
| Yanvar–Fevral | 9 722 | 199 | 2,05 manat |
| Yanvar–Mart | 11 319 | 265 | 2,34 manat |
| Yanvar–Aprel | 11 857 | 301 | 2,54 manat |
| Yanvar–May | 13 383 | 359 | 2,68 manat |
| Valyuta.az | 21.07.2026 |
Sərvanə Rəmixanova