azia.az
azia.az

Ət niyə bahadır? - AÇIQLAMA

Bu gün, 12:00

“Son illərdə Azərbaycanda yemin qiyməti 1 qəpik belə olsa artmayıb. 2016-cı ildə ölkədə bir yumurtanın qiyməti 18-19 qəpiyə satılırdı, bu gün isə 16-17 qəpiyə satılır. İnflyasiya var, kommunal xərclər var bu təbiidir. Kənd təsərrüfatı sahəsində verilən datasiyalar bu nəticəyə gətirib çıxarır. Həmçinin toyuq ətinin qiyməti 2016-cı ildən 2026-cı ilə 15 faiz artıb. Mal ətində qiymət artımının səbəbi yemin qiyməti ilə bağlı deyil. Çünki yemin qiyməti yüksəlməyib”.

 

Xəbər verilir ki, bu sözləri KTN-in İctimai Şurasının sədri Mürvət Həsənli “Aktual Gündəm” verilişində deyib.

 

O qeyd edib ki, 2020-ci ildə 1 kq taxıl, arpanın qiyməti 28 qəpik idisə bu gün də 28-32 qəpik arasında oynayır: “Qiymət oynamağı buğdada müvəqqəti oldu. Buna səbəb də xarici ölkələrdən buğda gəlir deyə qiymətə bir az təsir göstərir. Əsas problemimiz erkən kəsimlərdir. Məsələn qoyunçuluq sahəsində ölkədə 8 milyon başa yaxın xırdabuynuzlu heyvanımız var. Biz bunu 1 kq artırıb kəssək belə ilə 8 min ton ət düşür. Bizim xaricdən 2000 ton ət asıllığımız var”.

 

Şəhanə Qədirli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi