azia.az
azia.az

Sabunçuda qəza: sürücü oturacağı ilə birlikdə yol kənarına düşdü

6-04-2016, 09:49

Sabunçuda qəza: sürücü oturacağı ilə birlikdə yol kənarına düşdü Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib. APA-nın məlumatına görə, Sabunçu-Zabrat yolunda hərəkətdə olan "MAZ" markalı yük avtomobilində nasazlıq yaranıb. Nəticədə sürücü idarəetməni itirib və yük maşını yol kənarındakı səkiyə çırpılıb. Zərbənin təsirindən sürücü oturacağı ilə birlikdə avtomobildən çıxaraq yol kənarına düşüb. Nəticədə sürücü xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hadisə yerinə yol polis əməkdaşları və Sabunçu Rayon Polis idarəsinin müstəntiqi gəlib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi