azia.az
azia.az

11 il həbs cəzası alan keçmiş icra başçısı apellyasiya şikayəti verib

6-04-2022, 15:26

11 il həbs cəzası alan keçmiş icra başçısı apellyasiya şikayəti verib
Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayət icraata götürüləcək.

Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi