azia.az
azia.az

Keçmiş icra başçısı ECMO-ya qoşuldu

22-09-2021, 14:56

Keçmiş icra başçısı ECMO-ya qoşuldu
Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağırdır.

Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhəti stabil ağır olaraq qalır:

"Həkimlərin ciddi nəzarəti altındadır. Təəssüf ki, vəziyyəti ağırdır. Yanına heç kim buraxılmır. Ailəsinə də bildiriblər ki, vəziyyəti ağır olaraq qalır”.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi