azia.az
azia.az

"Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki bunun nə olduğunu bilirsiz...?" - Dürdanə Əliyevanın cinayət işi

28-03-2022, 11:39

"Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki bunun nə olduğunu bilirsiz...?" - Dürdanə Əliyevanın cinayət işi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, Qazax Müəllimlər İnstitutunda "Tarix-Coğrafiya" müəllimliyi ixtisası üzrə təhsil almış Səttar Sərdarov bildirib ki, Bakı Slavyan Universitetində əlavə təhsil almaq üçün müxtəlif səbəblərə görə ümumilikdə 8 min manat verib.

"Əlavə təhsil almaq üçün birinci dəfə Dürdanə Əliyeva ilə görüşümüz oldu, məndən qəbul üçün əvvəlcədən 2 min manat istədi. Daha sonra təhsil haqqı üçün 1000 manat banka ödədim, 800 manat isə nəğd şəkildə verdim. Bir müddət sonra isə mənə diplomumla bağlı problem olduğunu dedilər. Bu dəfə isə məndən 4 min manat istədi. Bununla bağlı sabiq rektor Nurlana Əliyevanın da qəbulunda olduq. Rektor da mənə məsələnin həll olunacağını söz verdi, təəssüf ki, bugünə qədər hələ də həll olunmayıb", - deyə şahid bildirib.

Təqsirləndirilən şəxsin vəkili şahidin ifadəsinə etiraz edərək yalan danışdığını deyib:

"Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki bunun nə olduğunu bilirsiz...? Təhsil ödənişi 1800 manatdırsa, nəyə görə 3-4 min manat vermisiz?"
Dürdanə Əliyeva da şahidin ifadəsinin doğru olmadığını həmçinin Səttər Sərdarovun Qazax Müəllimlər İnstitutundan verilmiş saxta diplomla əlavə təhsil almaq istədiyini qeyd edib. O, bununla bağlı sərbəst ifadəsi zamanı geniş danışacağını əlavə edib. Sonda məhkəməyə sədrlik edən şahidin ifadəsinin yalan ya doğru olduğuna sonda qiymət veriləcəyini deyib.

Növbəti proses aprelin 4-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi