Şabranda körpə uşaq tualetə düşərək öldü
Şabran rayonunda bədbəxt hadisə baş verib.
Azia.az "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 1-də rayonun ferma ərazisində qeydə alınıb.
Belə ki, 2020-ci il təvəllüdlü Ümid Muradov ehtiyatsızlıqdan müvəqqəti istifadə üçün nəzərdə tutulan tualetin quyusuna düşərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.