azia.az
azia.az

Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə dərsə tələsirmiş

14-10-2021, 07:48

Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə dərsə tələsirmiş
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində 20-dən çox şəxsin yaralanmasına, beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücü Mahmud Əzizov tələbədir. O, ali məktəblərdən birinin 2-ci kurs tələbəsidir.

Məlumata görə, o, dünən axşam Şamaxı rayonuna gedib və ot sifarişi alıb. Gecə ilə yola çıxan sürücü səhər dərsə çatmaq istəyib, ona görə də gecə yatmayıb və nəticədə bu qəza baş verib.

Qeyd edək ki, sürücünün BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi