Azərbaycanda dəhşətli hadisə: Kişi məhkəmənin qarşısında arvadının başını kəsdi
Tərtər rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Azia.az xəbər verir ki, cinayət işi baxılması Gəncə Ağır Cinayətlər Məhkəməyə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 29-na təyin olunub.
İttihama görə, bu ilin iyunun 18-də, saat 11 radələrində rayon ərazisində 26 yaşlı Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 34 yaşlı Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Anar Əliyev həyat yoldaşı Arzu Əliyevanı Tərtər şəhər Məhkəməsinin binasının qarşısında başını kəsərək qətlə yetirib.
Hadisə onların boşanmaq barədə məhkəməyə təqdim etdikləri iddia ərizəsindən sonra baş verib.
Qeyd olunub ki, qadın ərindən boşanmaq istəyib. Amma kişi ondan ayrılmaq istəməyib.
Buna görə aralarında mübahisə yaranıb. Sonda qətl hadisəsi baş verib.
İstintaq orqanı tərəfindən Anar Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.