azia.az
azia.az

Azərbaycanda kişi sevgilisini diri-diri yandırıb – TƏFƏRRÜAT

20-06-2019, 08:46

Azərbaycanda kişi sevgilisini diri-diri yandırıb – TƏFƏRRÜAT
Tovuzda sevgilsini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Əflatun Ələkbərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq Tovuz rayon prokurorluğunda tamamlanıb və baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 1-nə təyin olunub.
İttihama görə, bu ilin yanvarın 15-də Tovuz rayonunda Əflatun Ələkbərov qeyri-rəsmi münasibətdə olduğu və yaşadığı 1991-ci il təvəllüdlü Nüşabə Bayramovanın üstünə benzin tökərək onu yandırıb.Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaqın gəldiyi nəticəyə görə, hadisə şəxsi mübahisə zəminində baş verib.Belə ki, qadın kafelərin birində işə düzəlib. Əflatun Ələkbərov isə onun kafedə işləməsinə etiraz edib.Lakin qadın Əflatun Ələkbərovun sözünə əhəmiyyət verməyib.Buna görə də onların arasında mübahisə yaranıb və mübahisə sonda dəhşətli olayla nəticələnib.
İstintaq orqanı tərəfindən Əflatun Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2-4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi