azia.az
azia.az

Bakıda ŞOK OLAY: kişi sevdiyi qadının başını kəsdi

10-03-2020, 18:26

Bakıda ŞOK OLAY: kişi sevdiyi qadının başını kəsdi

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən Sahib Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Azia.Az-ın xəbərinə görə, Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Məhkəmənin qərarı ilə Sahib Babayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə bu il martın 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra Sahib Babayev polisə gedərək könüllü təslim olub.

Məlum olub ki, 57 yaşlı Sahib babayev özündən 22 yaş kiçik olduğu sevdiyi qadınla mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə sonuncunun başqa bir kişi ilə münasibət saxlaması olub.

Sahib Babayev Elnarə Ağarzayevaya əvvəlcə bədənini müxtəlif nahiyəsinə xəsarətlər yetirib. Sonra isə qadını yerə yıxaraq başını kəsib. Qadının öldüyünü görən Sahib Babayev ərazi üzrə 24-cü polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib.

Bu barədə polis dərhal hadisə yerinə gəlib və rayon prokurorluğuna da məlumat verilib.

İstintaq qrupu meyti müayinə etmək üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparıb. Ekspertlər qadının boğazının kəsilərək öldürüldüyünü təsdiq ediblər.

Sahib Babayev ilkin ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.

İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Nizami rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi