Göyçayda dayısı 18 yaşlı bacısı qızını niyə öldürdü? — Təfərrüat
Göyçay rayonunda bacısı qızını öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Azia.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Göyçay rayonunun Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Məmmədova dayısı Vüqar Bədəlov tərəfindən balınc ilə boğularaq qətlə yetirilib.
Məlum olub ki, dayı bacısı qızını namus üstə öldürüb. Fatimə Məmmədova bir dəfə nişanlı olub. Sonradan başqa bir oğlana qoşularaq Bakıya gedib və yenidən evə qayıdıb.
Qətlin bu səbəbdən baş verdiyi məlum olub.
Qeyd olunub ki, dayı bacısı qızının "Tiktok"da yayılan videolarının biyarbırçılıq olduğunu deyib və buna görə aralarında söz-söhbət baş verib. O, əsəbləşərək qızı balıncla boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən Vüqar Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.