azia.az
azia.az

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA

9-09-2021, 15:33

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
Son illər sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki, bu da insan al-verinin bir digər növüdür.

Xüsusən "İnstagram” sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür.

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
Yəni, pula ehtiyyacı olan qadınlar 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olaraq öz yumurta hüceyrələrini tanımadıqları şəxslərə satırlar. Bu yumurta hüceyrələri isə daha sonra müxtəlif süni mayalanma həyata keçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat baha qiymətə satılır.

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
Satışın "İnstagram”da keçirilməsinin bir digər səbəbi həm də yumurta hüceyrələrinin heç bir rəsmi qeydiyyat aparılmadan götürülməsidir.

Azia.az olaraq apardığımız araşdırmalar nəticəsində bu səhifələri işlədənlərin daha çox həkim asistentləri olduğunu görmüş olduq.

Bunun üçün biz də donor adı ilə "instagram”da fəaliyyət göstərən səhifələrdən birinə yazdıq. Aldığımız cavabların daha çox tibb işçisinin verdiyi cavablara bənzədiyini nəzərə alsaq bu iddiamız öz təsdiqini tapır.

"Donor” olaraq suallarımıza cavab verən səhifə admini sonda bizə bu prosesin qanunu olduğunu inandırmağa çalışdı:

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
Həqiqətəndə qanunidir?

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndi bu mövzunu tam olaraq əhatə edir.

Bu qanun Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
Azia.az-a açıqlamasında vəkil Roman Qaraşov yumurta hüceyrələrinin satışının qanunsuz olduğunu qeyd edir: "Ümumiyyətlə, onu qeyd edim ki, orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Azərbaycanda da bunun satışı yolverilməzdir. Düzdür, orqan trasnplantasyası dünya təcrübəsində var. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər, bu, əsasən qohumlar arasında baş tutan bir prosedurdur. Amma burada hər hansı bir əvəzləşdirilmə ola bilməz. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, bu, cinayətdir”.

Vəkil sosial şəbəkələrdə ödəniş qarşılığında bu cür satışların həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edib: "Sosial şəbəkələrdə bunun ödəniş qarşılığında alınması, bu adla donorluq da qanunla qadağandır. Bu kimi hallar yolverilməz olaraq qiymətləndirilir”.

Yəni yekunda qanun xüsusi halları izah edir və orqan bağışlanmasının yox, satışının qanunla qadağan olduğunu deyir.

Dünya praktikasında falekul satışı həyata keçirilirmi?

Dünya prkatikasına nəzər salsaq, görərik ki, bu prosedura yol verənlər cinayət məsuliyyətinə cəlb olunur. Bir orqan və ya toxumanın alqı-satqısı, satışına vasitəçilik etmək, qanunsuz yolla əldə edilmiş orqan və ya toxumanı saxlamaq, köçürmək və ya bunu satın almaq məqsədilə reklam etmək cinayət hesab olunur.

Qeyd edək ki, dünyda da bu, pul müqabilində həyata keçirilirsə, qanunsuz hesab olunur. Yəni bəzi hallarda orqan və ya toxuma donorunun razılığı hüquqi cəhətdən etibarlı sayılır. Bu hərəkəti cinayətdən çıxaran razılıq hüquqi cəhətdən etibarlı olmalıdır. Hətta dünyada bununla bağlı cəzalar da var.

Belə ki, bir sıra ölkələrdə qanuni razılığı olmadan bir şəxsdən bir orqan götürən hər kəs 5 ildən 9 ilədək həbs cəzasına məhkum edilir. Cinayətin mövzusu toxumadırsa, iki ildən beş ilədək həbs cəzası verilir.

Məsələn, qardaş Türkiyədə yumurta hüceyrəsinin satışı qanunla birbaşa qadağandır. İranda və digər İslam ölklələrində də bu qaydanın tədbiqi yolverilməz hesab edilir.

Yalnız Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyətdə olan donor banklarında bu proses həyata keçirilir.

Azərbaycanda da bu cür qanunsuz əməllərə yol verənlərin sosial şəbəkələrdə açıq şəkildə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu şəxslərin arxasında bəzi işbaz həkimlərin durduğunu deyə bilərik. Bəs bu orqan ticarətçilərinə kim "dur" deyəcək? Hər halda mövzu ilə bağlı kifayət qədər cavabsız qalan suallar var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi