azia.az
azia.az

Xəstəxananın baş direktoruna cinayət işi açıldı

26-08-2021, 10:51

Xəstəxananın baş direktoruna cinayət işi açıldı
Hacıqabul rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

Azia.az xəbər verir ki, xəstəxananın baş direktoru Beydulla Ərəstun oğlu Qarayev mənimsəmə və israfetmədə təqsirləndirilib.

Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Feyruz Fərhad oğlu Fərhadov tanınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi