azia.az
azia.az

İrandan gələn yük maşınından dərman preparatları götürülüb

12-08-2021, 15:22

İrandan gələn yük maşınından dərman preparatları götürülüb
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Azia.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Dövriyyəsinə nəzarət ediən psixotrop maddələrin siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi