azia.az
azia.az

Qadın dəvət olunduğu toy üçün Ucara gedib özünü asdı

6-08-2021, 23:52

Qadın dəvət olunduğu toy üçün Ucara gedib özünü asdı
Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

Azia.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında baş yaylığı ilə öz evində özünü asaraq intihar edib.

F. Mikayılova yazıb qoyduğu məktubda səhhətində yaranmış problemlə başlı intihar etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi