İmişli rayonunda intihar hadisəsi baş verib.
azia.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayon ərazisindəki məcburi köçkün qəsəbəsində qeydə alınıb.
Orada məskunlaşan Cəbrayıl rayonundan olan məcburi köçkün, 1972-ci il təvəllüdlü İbrahimova Maral Əbil qızı tövlədə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.