azia.az
azia.az

Bədənin yarısını itirməyinə baxmayaraq, nişanlanıb və özünə iş tapıb

12-12-2020, 15:49

Bədənin yarısını itirməyinə baxmayaraq, nişanlanıb və özünə iş tapıb

ABŞ-ın Montana ştatının sakini, 19 yaşlı inşaat işçisi Loren Şoures körpüdən yıxılaraq yük avtomobilinin altında qalıb.

“Azia.az” xəbər verir ki, cərrahlar onun həyatın xilas etməkdən ötrü L.Şoresin bədənin aşağı ətraflarını və bir qolunu amputasiya etmək məcburiyyətində qalıblar.

Həkimlər hətta əməliyyatdan əvvəl onun sevgilisinə oğlanın sağ qalmayacağını deyiblər.

Lakin həkimlərin fədakarlığı nəticəsində gənc oğlanın həyatda qalması mümkün olub.

Bu hadisə sevgililəri o qədər yaxınlaşdırıb ki, onlar nişanlanmaq qərarına gəliblər.

Üç ay xəstəxanada yatdıqdan sonra L.Şoures evə qayıdıb.

Qeyd olunur ki, L.Şoures fiziki qüsurunun olmağına baxmayaraq, protezlərin vasitəsi ilə kənar müdaxilə olmadan hərəkət edir, hətta pul qazanmağın da yollarını axtarır.

Belə ki, 19 yaşlı oğlan sosial şəbəkələrdə müxtəlif verilişlərin aparıcılığı ilə məşğuldur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi