azia.az
azia.az

Saray qəsəbəsində güllələnmə hadisəsi baş verib

3-02-2016, 16:18

Saray qəsəbəsində güllələnmə hadisəsi baş verib Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə dünən Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin K.Babayevə qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.
Xəstəxanaya yerləşdirilmiş K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi