azia.az
azia.az

Elşən Salahovun sərəncamına əsasən gənc müğənni Altun Süleymanov təltif olunub

Bu gün, 11:20



2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc opera ifaçısı  Altun Süleymanov fəaliyyətinə verilən yüksək dəyərin ifadəsi olaraq təltif olunub.
Təltif Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sərəncamına əsasən təqdim edilib. Altun Süleymanov Xəzər rayonunda keçirilən ictimai və mədəni tədbirlərdə fəal iştirakına görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Altun Süleymanov gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirakı və mədəniyyət sahəsindəki uğurlu fəaliyyətləri ilə seçilir. Təltif onun yaradıcılığını və gənclər üçün nümunəvi fəaliyyətini qiymətləndirmənin göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi