Türkiyədə avtobusun iştirakı ilə yol qəzası: 15 yaralı
Türkiyənin şimal-şərqində Ordu şəhərində məktəbliləri daşıyan avtobusun hasara çırpılması nəticəsində 15 nəfər xəsarət alıb.
Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Sürücü və daha 14 yaralı şagird xəstəxanaya çatdırılıb. Məktəblilərdən ikisinin və sürücünün vəziyyəti ağır kimi dəyərləndirilir.