azia.az
azia.az

Banklara borcu olan vətəndaşlar üçün yeni xidmət

10-03-2016, 10:09

Banklara borcu olan vətəndaşlar üçün yeni xidmət Şəxsin hüquqlarının pozulması təsdiqlənərsə, ona hüquqi yardım göstərilir.

Vətəndaşlar banklarla problemlərini antikollektor vasitəsilə həll edə bilər. Borcunu vaxtında verə bilməyən vətəndaş bank tərəfindən hədə qorxuya məruz qaldığı zaman, antikollektora yaxınlaşmalıdır.
Burada vətəndaşın haqlı olub-olmaması haqqında məlumat dəqiqləşdirilir. Əgər şəxsin hüquqlarının pozulması təsdiqlənərsə, ona hüquqi yardım göstərilir.
Antikollektor şirkətinin rəhbəri Əkrəm Həsənov antikollektorun fəaliyyətinin vətəndaşlara və sahibkarlara borcu ilə bağlı yaranan problemlər zamanı hüquqi köməklik göstərmək olduğunu, onların borclarına əlavə faiz və ya cərimə tətbiq edildiyi, yaxud da borcu qaytarmağa imkanı olmadığı, buna görə hədə qorxu gəlinərək qorxudulduğu halda antikollektorun köməyindən istifadə edə biləcəklərini söylədi.
Burada şifahi məsləhət pulsuz olsa da, xidmətlər ödənişlidir. Antikollektor şirkətləri də biznes subyekti kimi vergi ödəyicisidir. Hazırda bir sıra inkişaf etmiş ölkələrdə antikollektorlara müraciət geniş yayılıb. Xüsusilə qonşu Rusiyada bu təcrübədən çox istifadə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi