FƏTÖ-çu “ YapıKredi Bank ” ın dollar fırıldağı - FAKT
Azərbaycanda banklar arasında ABŞ dollarının nağd şəkildə mübadiləsindən ən çox qazanan yenə “YapıKredi Bank”dır
Beləki, azerinews.tv-nin fins.az-a istinadla verdiyi məlumata görə, “YapıKredi Bank” dolları 1,7000 manatdan alır, 1,8200 manata satır və bank hər 1 dollar üçün 12 qəpik qazanır.
Banklar arasında dollar alış-verişində ən az qazanan isə “Amrahbank”dır. Bu bankdaalışqiyməti 1,7600 manat, satış qiyməti isə 1,7900 manatdır. Yəni, hər dollar üzrə gəlirlilik marjası 3 qəpikdir.
Banklarda yenidən dollara tələbin azalması müşahidə edilir. Bu isə özünü valyuta məzənnəsində göstərməkdədir. 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər.
Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də belə, banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər.
Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Politika.Az-ın medi üzərindən yaydığı xəbərə görə, yaxın günlərdə bağlanacaq banklardan biri də “Yapı Kredi Bank Azərbaycan” ola bilər.
Maliyyə Bazarlarına Nəzarət Palatasına bu barədə göstəriş veriləcək.Beləki, Türkiyədə uğursuz hərbiçevriliş cəhdində ittiham olunan FETÖ lideri Fətulla Gülənə bağlı olduğu iddia edilən “YapıKredi Bank Azərbaycan”in son aylarəməliyyatları da kəskinazalıb.
Buna səbəb FETO-ya bağlılıq söz-söhbətlərindən dolayı “YapıKredi Bank Azərbaycan”ın müştərilərini başqa seçim etmək zərurəti ilə üz-üzə qoyması olub.
Amma göründüyü kimi, dolların nağd mübadiləsində ən çox qazanan bankdır. Belədesək, ənacgöz, tamahkar və soyğunçu bankdır. Ankaradan Bakıya göndərilən məlumatlarda bankın adı qırmızı xəttlə qeyd olunub.
“Yapı Kredi Bank Azərbaycan” QSC 11 Yanvar 2000-ci il tarixində Koçbank Azərbaycan LTD adı ilə Milli Bankdan 243 saylı bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.