azia.az
azia.az

MEK-də 21 - Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi təşkil olunub

21-02-2022, 13:06

MEK-də 21 - Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi təşkil olunub
21-Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub.
Sərgidə MEK-in fondlarında yer alan dilçi alimlərimizin müəllifi olduqları dəyərli nəşrlər nümayiş etdirilir. Qeyd olunan nəşrlər sırasında “Dil və ədəbiyyat” (Ağamusa Axundov), “Dilin estetikası” (Ağamusa Axundov), “Ümumi dilçilik” (Ağamusa Axundov), “Azərbaycan dilçiliyi: Sələflər və Xələflər” (Ağamusa Axundov), “Üzeyirşünaslıq” (Ağamusa Axundova, Qəzənfər Kazımov), “Dildə, fikirdə, işdə birlik” (İsmayıl bəy Qaspıralı), “Azərbaycan dili” (Məhruba Abbasova, Rəna Həsənova, Mina Tahirova), 4 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, “Müasir Azərbaycan dili” (Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov), “Azərbaycan dilində bitişik və defislə yazılan mürəkkəb sözlər lüğəti” (Bəybala Abbaslı, Solmaz Süleymanova), “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” (Qızılgül Abdullayeva), “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin antonimlər lüğəti”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi” və s. kitablar yer alır.
Sərgi martın 4-dək davam edəcək.


AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK-də 21 - Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi təşkil olunub
MEK-də 21 - Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi təşkil olunub
MEK-də 21 - Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı sərgi təşkil olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi