azia.az
azia.az

MEK-də tarixçi,etnoqraf və folklorşünasların diqqətini çəkəcək nəşrlər

27-10-2021, 16:12




MEK-də tarixçi,etnoqraf və folklorşünasların diqqətini çəkəcək nəşrlər
AMEA Mərkəzi Elmi Kitabxanasına tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların diqqətini çəkəcək nəşrlər daxil olub.
Akademik Möhsün Nağısoylunun müəllifi olduğu ““Kitabi-Dədə Qorqud”unGünbəd əlyazması” (2021) adlı kitabında ana abidəmiz “Kitabi-Dədə Qorqud”un yeni aşkara çıxarılmış Günbəd əlyazmasının tekstoloji-filoloji araşdırması, tənqidi mətni və sözlüyü yer alıb.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Qəbələ keçmişdə və günümüzdə” (2021) adlı əsəri “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru”işığında müəllifin təəssüratlarını, qənaət, fikir və ideyalarını ehtiva edir. Üç fəsildən ibarət olan bu monoqrafiya təkcə mütəxəssislərin deyil, eləcə də etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların da diqqətini çəkəcəkdir.
Dilara Ağamusa Nağıyeva-Muxtarovanın “Hər tamaşa isə bir ömür...” (2021) adlı növbəti 8-ci kitabı xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş silsilə nəşrlərdəndir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda xeyriyyəçiliyinin sədası qonşu dövlətlərdən gələn Bakı milyonçusu A.M.Nağıyevin xalqın gələcəyi üçün misilsiz xidmətlərindən bəhs edərək, mesenatın fəaliyyətində indiyədək görünməyən səhifələrini açıqlayır. Kitabda Dilarə xanımın elegiyaları da yer alıb.
Həmçinin beynəlxalq elmi konfransın materiallarını özündə cəmləşdirən, rus və azərbaycan dillərində “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” adlı toplu da daxil olan nəşrlər sırasında öz əhəmiyyəti ilə seçilir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin
[email protected]
(012) 539-73-67 (daxili 14-14)
MEK-də tarixçi,etnoqraf və folklorşünasların diqqətini çəkəcək nəşrlər
MEK-də tarixçi,etnoqraf və folklorşünasların diqqətini çəkəcək nəşrlər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi