azia.az
azia.az

MEK-in balansına Qarabağ və dövlətçilik mövzusuna həsr edilmiş dəyərli nəşrlər daxil olub

17-01-2022, 21:01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub.MEK-in balansına Qarabağ və dövlətçilik mövzusuna həsr edilmiş dəyərli nəşrlər daxil olub
Daxil olan nəşrlərdən “Şuşa-Pənahabad” (Yaqub Mahmudov, Camal Mustafayev), türk dilində olan “Hüquqi müstəvidə Türkiyə və Azərbaycanın ortaq erməni problemi. Qarabağ və 10 noyabr 2020-ci il Atəşkəs Bəyanatı (Av.Fərhat Aznevi)”, “Zəfərə aparan yol” (Misir Mərdanov), “Qarabağ Azərbaycandır! Vətən Müharibəsi 44 gün” (“Respublika” qəzetinin Xüsusi Buraxılışı), Məmməd Aslanın “Ağla, qərənfil, ağla...”, “Alban mədəniyyətinə erməni təcavüzü” (Faiq İsmayılov, Əlibaba Ağayev), “Ağrıdağlı Qəhrəmanlar” (Bilal Ənsər), “Baş daşı əhvalatı” (Salatın Əhmədli)”, “Vətən kitabı” (Hacı Əkbər Rüstəmov), “Şəhidlər və Qazilər” (M.Kamal Pilavoğlu), “Parçalanmış millətin harayı” və digər dəyərli nəşrlər yer alıb.
Yeni daxil olan kitablar sırasında “Zəfərə Aparan Yol” kitabı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilib. Kitabda İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunmuş, dünyaya ölkəmizin və Ordumuzun gücünü bir daha sübut edən tarixi zəfərdən geniş bəhs olunur. Sözügedən kitabda həmçinin, Prezident İlham Əliyevin bir şəxsiyyət kimi formalaşmasında, dünyanın önəmli siyasi liderlərindən birinə çevrilməsində əhəmiyyətli rolu olan məktəblərdən və həmin məktəbləri bir qədər də zənginləşdirərək yaratdığı öz məktəbindən danışılır.
Daxil olan nəşrlər sırasında “Şuşa-Pənahabad” kitabı da öz əhəmiyyəti seçilir. Kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyəsi ilə yazılmışdır. Əsas məzmunu Azərbaycan xalqının ən qədim yaşayış məskənlərindən biri olan Qarabağın mədəniyyət mərkəzi sayılan-Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, memarlıq abidələri olan kitabda, bütün bunlarla yanaşı, şəhərin erməni vandallarının işğalından əvvəlki və işğaldan sonrakı mənzərəsini əks etdirən fotoşəkillər də yer alıb.
“Don’t Believe Armenian Lies. Azərbaycan ərazisində erməni quldur və terror birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar (1724-2010)” yaddaş kitabçası da fonda daxil olan nəşrlərdəndir. Kitabçada erməni terrorçu quldur birləşmələrinin Azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi cinayətlər tarixi faktlarla diqqətə çatdırılır.

AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

MEK-in balansına Qarabağ və dövlətçilik mövzusuna həsr edilmiş dəyərli nəşrlər daxil olub
MEK-in balansına Qarabağ və dövlətçilik mövzusuna həsr edilmiş dəyərli nəşrlər daxil olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi