azia.az
azia.az

Dünya necə yaranıb? – 4 milyard illik sirli kristallar

31-05-2019, 09:02

 Dünya necə yaranıb? – 4 milyard illik sirli kristallar
Yüksək kimyəvi dayanıqlığa malik olan 4 milyard yaşlı zirkon kristalları dünyanın yaranmasına dair ciddi ip ucları verir. Elm adamları bu izləri təqib edərək, həyatın yaranmasındakı bio-kimyəvi reaksiyaları ortaya çıxarmağa çalışırlar.

Azia.az xəbər verir ki, dünyanın müxtəlif bölgələrindəki qayalıqlarda 4.1 milyard yaşında olan zirkon mineralları tapılıb.

Elm adamlarının “zaman kapsulu” adlandırdığı bu kristallar həyatın yarandığı mühitlə bağlı yeni detalların öyrənilməsinə kömək edə bilər.

Yəni, zirkon kristalları dünyanın yaranma şəraiti haqda ilk siqnallar hesab olunur. Roçester Universitetinin alimi Dastin Trail zirkonların planetimizin inkişaf mərhələsindən qalmış yeganə dəlil olduğuna inanır.

Trail və həmkarları “Proceeding of the National Academy of Science” bu barədə yaranmış suallara cavab tapmağa çalışır. Zirkonlardakı kimyəvi elementlərdən istifadə edən elm adamları ən qədim biokimyəvi reaksiyaların baş verdiyi ibtidai dünyaya aid olan bir sıra qalıq təsbit edib. “ASTER” komsik cihazı Avstraliyanın Cek Hills bölgəsində hələlik çıxarılmayan və təxminən 4.4 milyard il əvvələ aid olduğu bildirilən Yer qabığının zirkonla zəngin ən qədim parçasını qeydə alıb.
 Dünya necə yaranıb? – 4 milyard illik sirli kristallar
4 milyard il əvvəl nə baş verib?

4.5 milyard il əvvəl Yer kürəsi yaranarkən bugünkündən fərqli olaraq, intensiv meteorit yağışı altında qalan və vulkanik partlayışlar səbəbindən lavalarla dolu bir səthə malik idi. Elm adamları bu prosesi “Hadean” adlandırıb.

Elm adamlarına görə, Yer kürəsi süxurda plitə tektonikası ilə qədim süxurları dəyişən və lava axınları ilə yeni yaranmış torpaq səthini sərtləşdirən bir prosesi təkrar edir. Dünyanın yaranmasının ilk bir neçə yüz milyon ili ilə bağlı heç bir dəlil qalmadığı üçün müxtəlif nəzəriyyələr irəli sürülür. Sərt quruluşa malik olması səbənindən bu təkraredici prosesdəki yüksək təzyiq və temperatura əsaslanan zerkon kristalları dünyanın ilk inkişaf mərhələsi ilə bağlı ip ucları verir. Oksigen izotoplarını öz daxilində toplayan zirkonlar planetimizin bəzi bölgələrinin 4.3 milyard il əvvəl su altında olduğunu ortaya çıxarıb. Araşdırmaçılar Yer səthinin planetin yaranmasından sadəcə bir neçə yüz milyon il sonra soyuduğunu ehtimal edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi