Ən qədim insanın ölüm səbəbi tapıldı
Elm adamları dünyanın ən qədim insan skeleti üzərində apardığı araşdırmalardan sonra maraqlı nəticəyə gəliblər
Moderator.az xəbər verir ki, müasir elmə bəlli olan ən qədim insan skeletinin 3,18 milyon yaş var. Alimlərin şərti olaraq Luzi adlandırdıqları skelet Efiopiya ərazisində tapılıb. Alimlər müasir elmin texniki imkanlarından istifadə edərək skeleti bir daha tədqiq ediblər. Nəticədə üç milyon ildən çox tarixi sirr üzə çıxıb. Dünyanın elmə bəlli olan ən qədim insanı ağacdan yıxılaraq dünyasını dəyişib.
Tədqiqatlara rəhbərlik edən Texas universitetinin professoru antropologiya Con Kappelman da faktı təsdiqləyib. O dünyanın elmin bildiyi ən qədim insanın ağacdan yıxılandan sonra aldığı zədələr nəticəsində dünyasını dəyişdiyini deyib.