Rusiyanın raketdaşıyıcısı ABŞ-ın dövlət sərhədi boyunca 11 saat uçuş etdi
Rusiyanın iki strateji “Tu-95MS” raketdaşıyıcısı Aleut adalarının (Alyaska ştatına daxildir) sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərində 11 saat uçuş edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və kütləvi əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, uçuşun müxtəlif mərhələlərində ABŞ Hərbi Hava Qüvvələrinin “F-22” qırıcıları Rusiya təyyarələrini müşayiət edib.
Nazirlik bütün uçuşların beynəlxalq qaydalara uyğun olaraq başqa dövlətlərin sərhədini pozmadan keçirildiyini vurğulayıb.
Qurum bildirib ki, bu, ikinci uçuşdur. Birinci uçuş mayın 21-də keçirilib. Ötən gün 4 “Tu-95MS” raketdaşıyıcısı Alyaskanın qərb sahilləri, Aleut adalarının şimal sahilləri də daxil olmaqla Çukot, Berinq və Oxot dənizləri üzərindən 12 saatlıq uçuş edib.(“Report”)