Nazirlik və komitələrin həkim komissiyalarının məlumat sistemləri “Elektron hökumət” portalına qoşulacaq
Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumat sistemi, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin hərbi-həkim komissiyasının məlumat sistemi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının məlumat sistemi, Müdafiə Nazirliyinin hərbi-həkim komissiyasının (hərbi-uçuş komissiyasının) məlumat sistemi, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının məlumat sistemi və Dövlət Sərhəd Xidmətinin Hərbi-Həkim Komissiyasının məlumat sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na daxil edilib.