azia.az
azia.az

ABŞ Rusiyanın cavab zərbəsinə hazırlaşır - Gərginlik son həddə

20-06-2017, 00:01

ABŞ Rusiyanın cavab zərbəsinə hazırlaşır - Gərginlik son həddə


ABŞ doğrudan da Suriyada özünümüdafiə hüququnu saxlayır, ancaq bu o demək deyil ki, Rusiya ilə hərbi konfliktə gedəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev nümayəndəsi Şon Spayser birinci gün keçirdiyi brifinqdə Rusiyanın son açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Suriya qırıcısının vurulmasından sonra ABŞ özünü müdafiəni gücləndirib.

Jurnalistin “ABŞ Rusiya ilə müharibənin astanasındadır?” sualına isə Spayser belə cavab verib: “Mən elə söz demədim”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya bazar günü Suriya qırıcısını Rakka üzərində vurub. Bunun ardınca isə Rusiya MN bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində bütün əlaqələri dayandırır: bundan sonra koalisiya qüvvələrinin Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyəti Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində saxlanılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi