Rəsmi Ankara ABŞ-a "diplomatik" mesaj göndərdi: "F-35-ləri satmasanız, başqa yerdən alarıq"
Xəbər verdiyimiz kimi, bu Rusiya S-400-lərin Türkiyəyə təslim ediləcəyi tarixi açıqlayıb.
Məlumata görə, bu ilin iyul ayında S-400-lər Türkiyəyə göndəriləcək.
Bəs, bu raketlərin alınması ABŞ-ın F-35-ləri göndərməsinə mane olmayacaqmı?
Mia.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
O, Türkiyənin yeni qırıcılara ehtiyacı olduğunu gizlətməyib: "Ancaq "mən belə istədim, Türkiyə o prosesdən çıxacaq" deyə bir şey ola bilməz. Beynəlxalq hüquq var. Və biz haqqımızı orada axtararıq. Bəli, ən pis ssenaridən danışsaq, bzim yeni qırıcılara ehtiyacımız var. F-35-lər olmazsa, biz yenə ehtiyacımız olan qırıcını başqa yerdən almaq məcburiyyətində qalacağıq. Ta öz istehsalımız olana qədər belə edəcəyik. İndidən öz qırıcılarımızı istehsal etmək üçün böyük çaba göstəririk".