azia.az
azia.az

Şir öz sahibini parçaladı, meyiti götürmək üçün heyvanı öldürmək lazım gəldi

7-03-2019, 17:23

Heyvanlarla dostluğun bir qızıl qaydası var: vəhşi heyvanlara çox güvənməyəcəksən. Dəfələrlə olub ki, insanlar yırtıcılarla dostluqdan zərər görüb. İbtidai instinktlər özünü göstərir və heyvan sahibini, dostunu parçalayır.
Şir öz sahibini parçaladı, meyiti götürmək üçün heyvanı öldürmək lazım gəldi
Bizimyol.info xəbər verir ki, Çexiyada şir öz sahibini öldürüb. Zlin vilayətinin Zdexov kəndində 34 yaşlı kişi qəfəsdə saxladığı vəhşi heyvanın hücumuna məruz qalıb. Mixal Parasek onun cəngindən qurtara bilməyib. Onun meyitini atası aşkar edib. Amma meyiti qəfəsdən rahatca çıxarmaq mümkün olmayıb. Şir imkan vermirmiş. Buna görə də polis onu güllələmək məcburiyyətində qalıb.

Mixalın vəhşi heyvanlara böyük marağı varmış. O, bu şiri 2016-cı ildə alıbmış. Sonradan həyətindəki vəhşi heyvan sayını artırmağa başlayıb. Prasek bir neçə dəfə qonşulara şirlərini göstərmək də istəyib. Qonşular yırtıcılara yaxın ərazidə yaşamaqdan narahat imiş.

Çexiyada qanunvericilik evdə belə heyvan saxlamağı qadağan etmir. Praseki yalnız bir neçə dəfə qəfəslərin həyətdə düzgün yerləşdirilməməsinə görə cərimə etmək mümkün olmuşdu.

Mixal keçən il şirləri kənddə gəzdirərkən onlardan biri velosipedlə gedən adama hücum etmişdi. Onda həmin adam yaralanmışdı və onu təcili xəstəxanaya çatdırmaq lazım gəlmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi